Liverpullulara gözaydınlığı, Balotelli qol vurdu - VİDEO
Bizi izləyin

İdman

Liverpullulara gözaydınlığı, Balotelli qol vurdu - VİDEO

İngiltərə Premyer Liqasında 25-ci turun oyunlarına start verib.

Publika.az xəbər verir ki, dünən dörd oyun baş tutub. Ən çox maraq doğuran qarşılaşma “Enfild Roud”da keçirilib. Çempionlar Liqasına vəsiqəyə potensial iki namizəd - “Liverpul”la “Tottenhem” üz-üzə gəlib.

Ötən tur “Arsenal”ı məğlub edən Maurisio Poçettinonun yetirmələrinin daha bir qəhrəmanlığa gücü və vaxtı çatmayıb. Oyun olduqca dramatik, gərgin və baxımlı alınıb. Matçın taleyini isə bilirsiz kim həll edib? Mario Balotelli. Cari mövsümdə ilk qolunu belə vacib oyunda vuran italyan forvard tilsimi qırıb.

“Arsenal” autsayder “Lester”I çətinliklə məğlubiyyətə uğradıb.

Premyer Liqa, 25-ci tur

10 fevral

Arsenal - Lester 2:1

Koselni, 27. Uolkott, 41 - Kramariç, 61.

Hall Siti - Aston Villa 2:0

Yelatiç, 22. N`Doye, 74.

Sanderlend - KPR 0:2

Fer, 17. Zamora, 46.

Liverpul - Tottenhem 3:2

Markoviç, 15. Cerrard, 53-p. Balotelli, 83 - Keyn, 26. Dembele, 61.

11 fevral

23:45 Çelsi - Everton

23:45 Mançester Y - Bernli

23:45 Sautqempton - Vest Hem

23:45 Stok Siti - Mançester S

00:00 Kristal Pelas - Nyukasl

00:00 Vest Bromviç – Suonsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm