Qadın güləşçilərimizin İsveç sınağı
Bizi izləyin

İdman

Qadın güləşçilərimizin İsveç sınağı

Fevralın 14-15-də İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir keçiriləcək.

Publika.az xəbər verir ki, qadın güləşi üzrə yığma komandamız turnirdə tam heyətlə iştirak edəcək.

Baş məşqçi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında İsveçə Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç, Natalya Sinişin (hər ikisi 60 kq), Raqnetta Qurbanzadə (63 kq), Nadya Muşka Sementsova (69 kq) və Gözəl Zutova (75 kq) yollanacaq.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Rövşən Azadov ölkəmizi təmsil edəcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm