“Neftçi” “Xəzər Lənkəran”a, “Qarabağ” AZAL-a yerini göstərdi
Bizi izləyin

İdman

“Neftçi” “Xəzər Lənkəran”a, “Qarabağ” AZAL-a yerini göstərdi

Azərbaycan Premyer Liqasında 21-ci tura bu gün keçirilən 3 oyunla yekun vurulub.

Publika.az xəbər verir ki, dünən keçirilən turun açılış oyununda “Simurq” “Qəbələ”ni məğlub edərək, 4-cü pillədəki yerini möhkəmlətmişdi. Bu gün isə bütün diqqətlər “Neftçi” - “Xəzər Lənkəran” qarşılaşmasına yönəlmişdi.

“Bakcell Arena”da üz-üzə gələn əzəli rəqiblər “böyük oyun” anlayışının statusunu itirdiyini bird aha göstrədi. Cansıxıcı oyun “Neftçi”nin qələbəsiylə (2:0) başa çatdı. Hər iki qol fasilədən sonra qeydə alındı. Vobay 65-ci dəqiqədə hesabı açıb. Ikinci hissədə meydana çıxan Samir Məsimov isə bundan iki dəqiqə sonra yekun nəticəni müəyyənləşdirib.

Qarşılaşma insidentsiz də ötüşməyib. İlk yarının ortalarında "Neftçi"nin bir neçə fanatını polislər tribunadan çölə çıxarıblar. Bu addımın səbəbi bilinmir. Tribunadan çıxarılanların "Neftçimania" fan-klubunun üzvləri olduğu deyilir.

“Qarabağ” da turu itkisiz başa vurub. AZAL-ın qonağı olan çempion 3-cü dövrənin ən yaxşı komandasını dayandıra bilib.

Azərbaycan Premyer Liqası, 21-ci tur

10 fevral

Simurq - Qəbələ 2:0

Draqan Çeran, 25; 45+3.

11 fevral

Bakı - Sumqayıt 0:0

AZAL - Qarabağ 0:1

Reynaldo, 57.

Neftçi - Xəzər Lənkəran 2:0

Vobay, 65. Samir Məsimov, 67.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm