Kamran Ağayev Türkiyədə meydana çıxdı - VİDEO
Bizi izləyin

İdman

Kamran Ağayev Türkiyədə meydana çıxdı - VİDEO

Bu gün Türkiyə kubokunda 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

Publika.az xəbər verir ki, millimizin qapıçısı Kamran Ağayev "Kayserispor" formasında ilk matçına çıxıb.

Doğma meydanda Super Liqa təmsilçisi "Beşiktaş"ı qəbul edən "Kayserispor" oyunun 39-cu dəqiqəsində Anil Tasdemirin 11-metrlik cərimə zərbəsindən vurduğu qolla qonaqları məğlub edib.

Kamran Ağayev start heyətində meydana çıxaraq komandasının növbəti mərhələyə adlamasında böyük rol oynayıb. Ağayev oyun ərzində bir neçə seyvi ilə yadda qalıb.

Milli qapıçının debütü uğurlu alınıb və klubu 1/4 final vəsiqə qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm