“Barselona”ya 3 təklif: Verratti, Danilo, Dibala
Bizi izləyin

İdman

“Barselona”ya 3 təklif: Verratti, Danilo, Dibala

“Milan”ın sabiq idman direktoru Ariedo Brayda “Barselona”da yeni vəzifəsinin icrasına başlayıb.

Publika.az xəbər verir ki, Kataloniya klubunda transfer məsələlərinə də cavadeh olacaq şəxs artıq “Barsa”ya 3 futbolçu təklif edib. Bunlar “Portu”nun müdafiəçisi Danilo, PSJ-nin hücumçusu Marko Verratti “Palermo”nun forvardı Paulo Dibaladı.

Danilo ilə “Real” da ciddi maraqlanır. Klubun nümayəndəsi danışıq aparmaq üçün Portuqaliyaya gedib.

FİFA-nın tətbiq etdiyi sanksiyaya görə, 2016-ci ilin yanvar ayınadək “Barselona”nın heyətində yeni futbolçular meydana çıxa bilməz. İspaniya nəhəngi yetkinlik yaşına çatmayanların transferində yol verilən nöqsanlara görə cəzalanıb.

“Barselona” Lozanna İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti versə də, rədd edilib. Kataloniya klubunun İsveçrə Federal Məhkəməsinə müraciət edəcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm