İdman
“Beşiktaş” istəsə də, “Malaqa”ya “qismət olan” futbolçumuzdan xəbər var
Azərbaycanın futbol üzrə U-17 yığma komandasının hücumçusu Qara Qarayevin İspaniyanın “Malaqa” klubuna keçməsinə az qalıb. O, artıq bir həftədən çoxdur ki, həmin klubun düşərgəsində baxışdadır.
AFFA-nın baş katibi Elxan Məmmədov Klublar Komitəsinin növbəti iclasında Qarayevin “Malaqa”ya mümkün keçidi ilə bağlı bunları söyləyib:
“”Malaqa” Qarayevlə müqavilə imzalamaq istəyir. Amma burada bir məqam var. Azərbaycan Avropa Birliyinin üzvü deyil. Buna görə də bizim ölkənin 18 yaşdan kiçik olan vətəndaşlarına AB üzvü olan ölkələrdə yaşamaq qadağan olunub. Hazırda bu problemi yoluna qoymaqla məşğuluq. İstisna deyil ki, hansısa ispan ailəsi onu himayəsinə götürsün. Məsələn, gürcüstanlı gənc futbolçular İspaniyadakı problemlərini məhz bu yolla həll edirlər".
Mətbuatda yayılan məlumata görə, "Malaqa" Qara Qarayevi U-17-nin Avropa çempionatının ilkin seçmə mərhələsinin Belçikada keçirilən oyunları zamanı bəyənib. Ona görə də futbolçumuz fevralın 3-dən "Malaqa" klubuna baxışa dəvət alıb.
Qara Qarayevin məxsus olduğu “Əlincə” klubunun mətbuat katibi Vüsal Hacıyev isə müsahibələrinin birində futbolçularının “Malaqa”nın maraq dairəsinə düşməsi ilə bağlı belə demişdi:
“Zatən "Əlincə" olaraq əsas hədəflərimizdən biri də ölkə xaricinə futbolçu çıxarmaqdı. Bundan öncə Qara Qarayev "Beşiktaş"ın da hədəf seçdiyi futbolçu idi. Ancaq "oturma izni" ilə bağlı problemlər yarandı, transfer alınmadı”.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO