Baş məşqçi: “Onların şəxsi həyatına qarışmıram”
Bizi izləyin

İdman

Baş məşqçi: “Onların şəxsi həyatına qarışmıram”

"Real"ın "Atletiko"ya 0:4 məğlub olduğu La Liqa matçından sonra doğum gününü qeyd edən "kral klubu"nun hücumçusu Ronaldonun azarkeşlər tərəfindən tənqidlərə məruz qaldığını bildirmişdik.

Publika.az xəbər verir ki, "Real"ın baş məşqçisi Karlo Ançelotti də məsələyə münasibətini bildirib.

İtalyan çalışdırıcı futbolçularının şəxsi həyatına qarışmadığını deyib:

"Azarkeşləri yaxşı anlayıram. "Atletiko"yla oyundan sonra onlar kimi mən də çox üzgünəm. Bunun da əvəzini "Deportivo"yla oyunda çıxmağı düşünürük. O ki qaldı Ronaldonun doğum gününü qeyd etməsinə, bunda qeyri-adi heç nə görmürəm. Ümumiyyətlə, oyunlarına mənfi təsir etmədiyi müddətdə futbolçularımın şəxsi həyatına qarışmıram.

"Atletiko"yla matçdan sonra klub prezidenti Florentino Pereslə də görüşdüm. Prezident gözlədiyim kimi, bizə dəstək oldu".

"Real" "Atletiko" məğlubiyyətindən sonra ilk oyununu bu gün "Deportivo"ya qarşı keçirəcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm