Cüdoçularımız niyə bir yerə toplaşdılar? - FOTO
Bizi izləyin

İdman

Cüdoçularımız niyə bir yerə toplaşdılar? - FOTO

I Avropa Oyunları üçün cüdo idman növünün təqdimatı baş tutub.

Publika.az xəbər verir ki, təqdimatda Azərbaycanın bir sıra idman xadimləri və idmançılar iştirak edib.

Mərasimdə dünya kubokunun 5 qat sahibi, hərbçilər arasında dünya çempionu, məşqçi Elxan Rəcəbli, 2 qat paralimpiya, 2 qat dünya, 5 qat Avropa çempionu İlham Zəkiyev və olimpiya çempionu, ACF-nin vitse-prezidenti Elnur Məmmədli də iştirak edib.

Xatırladaq ki, I Avropa Oyunlarında paralimpiyaçı cüdoçularımız da mübarizəyə qoşulacaq. Paralimpiyaçılarımızın yarışı bir gün ərzində baş tutacaq. 90 kq-dan artıq çəki dərəcəsində olan kişi və 57 kq çəkidə qadın cüdoçular tatami üzərinə çıxacaqlar.

Həm kişi, həm də qadınların mübarizəsinə 8 idmançı qoşulacaq. İlham Zəkiyev turnirdə Azərbaycanı təmsil edəcək.

Demək olar ki, hər yarışdan medalla qayıdan cüdoçumuz iştirak edəcəyi Bakı-2015 haqda belə fikir bildirmişdi:

“Bakıda keçiriləcək I Avropa Oyunlarında ölkəmizin təmsilçisi kimi seçilmək mənim üçün böyük şərəfdir və ümid edirəm ki, ilk çempion kimi tarixə düşəcəyəm. Gözdən əlil idmançılar arasında keçirilən cüdo yarışının Bakı 2015-in proqramına daxil edilməsi çox gözəldir və Heydər Əliyev Arenasında keçiriləcək yarışda Azərbaycana medal qazandırmaq imkanı əldə etdiyim üçün fəxr edirəm”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm