Dəhşətli cinayətə “Beşiktaş”lılardan sərt təpki gəldi - VİDEO
Bizi izləyin

İdman

Dəhşətli cinayətə “Beşiktaş”lılardan sərt təpki gəldi - VİDEO

Bir neçə gün əvvəl Türkiyədə baş verən Özgəcan Aslan cinayətinin əks-sədası hələ də səngimək bilmir. 20 yaşlı Özgəcan Aslan evə getmək üçün avtobusa minib. Qızın sonuncu müştəri olduğunu görən sürücü yolunu dəyişib və avtobusu səssiz bir yerə sürüb. O, burada qıza təcavüz etmək istəyib. Lakin bu zaman qız bibər qazını sürücünün gözünə sıxıb. Qəzəblənən sürücü qızı bıçaqlayıb. Daha sonra başından dəmirlə vuraraq öldürüb. Bundan sonra qızın əllərini kəsib və atası ilə dostunu çağıraraq tələbənin cəsədini yandırıb.

Bütün Türkiyə - adi vətəndaşdan tutmuş məşhurlara, siyasi xadimlərə qədər hər kəs bu cinayətlə və onu törədənlərlə bağlı sərt fikirlər səsləndirib, aksiyalar təşkil ediblər.

Publika.az xəbər verir ki, “Beşiktaş”lılar da bu duruma laqeyd qalmayıblar. Klubun azarkeş qrupu “Çarşı” “Bursaspor”la keçirilən matçdan öncə "Özgecanın qatili edam edilsin" və "Özgecan ölmədi, qəlbimizdə yaşayır" kimi şüarlar səsləndiriblər. Bundan əlavə, matçın start fiti çalınanda azarkeşlər 1 dəqiqəlik sükutla etiraz aksiyası keçiriblər. "Beşiktaş"lı tərəfdarlar həmçinin tribunalarda "qadına şiddətə xeyr" plakatı da açıblar.

Bütün Türkiyəni yasa boğan Özgecan Aslanın öldürülməsinə "Qartallar”ın baş məşqçisi Slaven Biliçdən də reaksiya gəlib. "Bursaspor" qarşılaşmasından öncə jurnalistlərə açıqlama verən "Ağ-qaralar"ın baş məşqçisi Slaven Bilic Özgəcanın ailəsinə başsağlığı verib və üzüntülərini dilə gətirib:

“Özgəcan üçün kədərlərimi dilə gətirirəm. Həqiqətən, çox məyusuq, komanda olaraq biz də bu hadisədən çox təsirləndik. Ailəsinə səbir diləyirəm”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm