Mübariz Mənsimov Masallı stadionunu sökdü - FOTOLAR
Bizi izləyin

İdman

Mübariz Mənsimov Masallı stadionunu sökdü - FOTOLAR

Mübariz Mənsimov Masallı stadionunu sökdü

Masallıda yerləşən Anatoli Banişevski adına stadionu alan “Palmali” Şirkətlər qrupu orda təmir-tikinti işlərinə başlayıb.

Təxminən 2 ilə əvvəl stadionu alan, ərazini hasarlayan şirkət tikinti işlərinə başlamırdı. Bu da müəyyən söz-söhbətlərin yaranmasına rəvac verirdi.

Rayon sakinlərinin publika.az verdiyi məlumata görə, 2 gündür ki, söküntü işləri başlanılıb. İşlər çox sürətlə gedir. Artıq panellər sökülüb və stadionun ərazisi genişlənib.

Məlumata görə, Banişevski adına stadionda bir əsas, bir yardımçı meydança quraşdırılacaq. Əsas meydança təbii, yardımçı meydança isə süni örtüklü olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm