Tramp Deyn Uaytı Ağ Evə çağırdı: UFC prezidenti təklifi rədd etdi
Bizi izləyin

İdman

Tramp Deyn Uaytı Ağ Evə çağırdı: UFC prezidenti təklifi rədd etdi

Tramp Deyn Uaytı Ağ Evə çağırdı: UFC prezidenti təklifi rədd etdi

UFC rəhbəri Deyn Uayt ABŞ prezidenti Donald Trampın mətbuat katibi olmaq təklifini növbəti dəfə qəbul etməkdən imtina edib.

Publika.az xəbər verir ki, Uayt bu barədə jurnalistlərə açıqlamasında bildirib.

– Prezident sizə mətbuat katibi vəzifəsini təklif edəndə ondan imtina etdinizmi?

-Mən prezidentə heç vaxt heç nəyi rədd etmirəm. Xeyr, imtina etmədim. Sözün əsl mənasında hamı – bütün media – mənə zəng edirdi. Amma prezident özü danışana qədər heç nəyə şərh verməklə hörmətsizlik göstərmək istəmədim.

Bundan sonra Tramp yenidən Uayta mətbuat katibi vəzifəsini təklif edib.

Tramp: “Onda icazə verin sizə əsas sualı verim. Deyn, Amerika Birləşmiş Ştatlarının mətbuat katibi olmaq istərdinizmi? Arxanızdakı lövhəyə baxın – Ağ Ev sizi daim izləyir. İstəyərdinizmi? Yoxsa sadəcə bu mənasız UFC işini davam etdirmək istəyirsiniz?”

Uayt: “Təklifiniz üçün təşəkkür edirəm, cənab Prezident. Mən bundan şərəf duyuram, amma siyasətə qoşulmaq istəmirəm”.

Tramp: “Bunu eşitdiyimə çox təəssüf edirəm”.

Xatırladaq ki, Tramp daha əvvəl Deyn Uayta Ağ Evin mətbuat katibi, Həbib və Mahaçevə isə köməkçi vəzifələrini təklif etmişdi.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm