İdman
Toral Bayramov: "Sabah xalqımızı sevindirmək istəyirik"
Bakıdakı oyun 0:0 hesablı bərabərliklə yekunlaşmışdı. Burada isə məqsədimiz daha yaxşı oyun nümayiş etdirərək qələbə qazanmaqdır. Komandamıza inanıram, yaxşı hazırlaşmışıq.
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Toral Bayramov UEFA Millətlər Liqasının D Divizionunun son turunda Lixtenşteyn yığması ilə keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.
Futbolçu komandanın qarşılaşmaya yüksək səviyyədə hazır olduğunu bildirib: “Ümumiyyətlə, bütün komanda olaraq, kollektiv adından deyə bilərəm ki, maksimum dərəcədə hazırıq. Oyunun mahiyyətini başa düşürük və qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
T.Bayramov Bakıdakı oyunda yaranan qol imkanlarından yararlana bilmədiklərini xatırladaraq, bu dəfə həmin səhvləri təkrarlamamaq və istədikləri nəticə ilə Vətənə qayıtmaq istədiklərini vurğulayıb.
Qeyd edək ki, Lixtenşteyn-Azərbaycan oyunu noyabrın 13-də Vaduts şəhərində keçiriləcək. Estoniyalı hakim Kristo Tohverin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
-
İdman22:30Toral Bayramov: "Sabah xalqımızı sevindirmək istəyirik"
-
Avropa21:36Britaniya xüsusi təyinatlılarını qorxudan detal - Əməliyyatlar zamanı nə baş verir?
-
Region20:40Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu - FOTO
-
Sosial20:00Məclis.info saytının rəhbərinə ağır cəza verildi
-
ABŞ19:00Ağ Evin yaxınlığında atışma - Yaralılar var
-
Rəsmi xronika16:41İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
-
Nida Xəbər 15:53Teymur Musayevə yeni vəzifə verildi
-
Rəsmi xronika15:13İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşdü






































