Vandanın sevgilisi İkardini hədələdi
Bizi izləyin

İdman

Vandanın sevgilisi İkardini hədələdi

Vandanın sevgilisi İkardini hədələdi

Vanda Naranın sevgilisi keçmiş əri Mauro İkardini fiziki zorakılıqla hədələyib.

Daha əvvəl “İnter”, PSJ və “Qalatasaray”ın keçmiş hücumçusu Mauro İkardinin böyük qızını danladığı, vurduğu və otağa qapadığı bildirilirdi. 11 yaşlı qız sosial mediada kömək üçün yalvarırdı. Polis və təcili yardım maşını argentinalı futbolçunun evinə gəlib.

Mauro hazırda qızına yüngül bədən xəsarəti yetirməkdə ittiham olunur.

Həmin vaxt Vanda və sevgilisi, iş adamı Martin Migueles veriliş çəkirdilər. Onlar işlərini yarımçıq qoyublar və özlərini İkardinin evinin yaxınlığında tapıblar. Keçmiş həyat yoldaşları arasında mübahisə yaranıb. 43 yaşlı Miqueles Vanda ilə Mauronun mübahisəsinə müdaxilə edib.

Publika.az xəbər verir ki, noyabrın 12-də İkardi ifadə verərək hadisələrlə bağlı öz versiyasını təqdim edib. O, qızına qarşı hər hansı zorakılığı inkar edib və həmçinin telefonundan Miquelesin onu təhdid etdiyi səs yazısını təqdim edib.

Miuueles və İkardi arasında söhbət polis məmurlarının iştirakı ilə baş tutub. Mauro qızın əşyalarını axtarmaq və müsadirə etmək üçün evə girməyə icazə verməyib.

“Yenə də edərdin, elə deyilmi?” Miquelez soruşub. İkardi cavab verib: “Qoy şikayət etsin, məhkəmə qərarı ilə geri qayıtsın. Məhkəmə qərarı varsa, mən onu təhvil verəcəyəm”.

Bundan sonra Miqueles deyib: “Mən yetkin kişiyəm, mənə hörmətsizlik etməyə cəsarət etmə. Dinlə. Sən mənim səviyyəmdən çox kənardasan, axmaq. Mən L-Gante (argentinalı reper və Naranın keçmiş sevgilisi) və ya Maksi Lopes (İkardinin Vandanı əlindən aldığı keçmiş əri) deyiləm. Dediklərimə qulaq assan yaxşı olar. Sadəcə xəbərdarlıq edirəm: sifətini dağıdaram”.

İkardi və Naranın 2015 və 2016-cı illərdə anadan olmuş iki qızı var. Vandanın Maksi Lopeslə əvvəlki evliliyindən daha üç uşağı da var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm