“Alman tankı” Ukraynadan əliboş döndü - VİDEO
Bizi izləyin

İdman

“Alman tankı” Ukraynadan əliboş döndü - VİDEO

Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunlarına start verilib.

Publika.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Son Fransa çempionu PSJ öz meydanında "Çelsi"ni qəbul edib. Heyətində ciddi itkilərə baxmayaraq, parislilər güclü rəqibinə uduzmayıb. Görüşdə qapılara iki qol vurulub. Hesabı ilk hissədə qonaqlar açıb. Meydan sahiblərifasilədən sonra Kavaninin sayəsində hesabı bərabərləşdirib.

Bununla da PSJ avrokuboklarda ev oyunlarındakı məğlubiyyətsiz oyunlar seriyasını 33-ə çatdırıb. Bu hazırda davam edən ən uzun seriyadır. Həmçinin “Bolonya”nın avrokubokda evdəki 33 oyunluq məğlubiyyətsiz seriyası hələ də qırılmamış qalır.

Xatırladaq ki, ötən mövsüm Çempionlar Liqasının 1/4 finalında üz-üzə gələn komandaların duelində "Çelsi" qalib gələrək yarımfinala yüksəlmişdi.

Günün digər qarşılaşması Ukraynada keçirilib. Burada "Şaxtyor" Almaniya nəhəngi "Bavariya"nı sınağa çəkib. Lvovda baş tutan qarşılaşmada azarkeşlər qol izləməyib.

Qeyd edək ki, 1/8 finalın digər iki qarşılaşması bu gün, qalan 4 oyunu isə 24-25 fevral tarixlərində keçiriləcək.

Çempionlar Liqası, 1/8 final

PSJ (Fransa) - Çelsi (İngiltərə) 1:1

Kavani, 54 - İvanoviç, 36.

PSJ: Siriqu, Van Der Vil, Markinyos, Tyaqo Silva, Maksvell, Verratti, David Luiz, Matyuidi, Lavessi (Pastore, 81), İbrahimoviç, Kavani.

Çelsi: Kurtua, İvanoviç, Keyhill, Terri, Aspilikueta, Ramires, Matiç, Villian (Kuadrado, 79), Fabreqas (Oskar, 83), Hazard, Dieqo Kosta (Remi, 81).

Şaxtyor (Ukrayna) - Bavariya (Almaniya) 0:0

Şaxtyor: Pyatov, Srna, Kuçer, Rakitskiy, Şevçuk, Duqlas Kosta (Marlos, 78), Fred, Fernando, Tayson (Nem, 84), Teyşeyra, Luis Adriano (Qladkiy, 89).

Bavariya: Noyer, Rafinya, Boatenq, Alaba, Bernat, Getse (Levandovski, 75), Alonso, Şvaynştayger, Robben, Müller (Badştuber, 70), Riberi.

Qırmızı vərəqə: Alonso, 65.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm