Elmar Qasımov istefa verdi
Bizi izləyin

İdman

Elmar Qasımov istefa verdi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Nizamnaməsinə əsasən, İcraiyyə Komitəsinin üzvləri AFFA-nın üzvü olan təşkilatların müvafiq bölgüsünə uyğun şəkildə seçilir. Nizamnamənin 34-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq İctimai Futbol Təşklatları İctimai Birliyi İcraiyyə Komitəsində 2 üzvlə təmsil olunmalıdı.

Publika.az xəbər verir ki, İcraiyyə Komitəsinin üzvü Elmar Qasımov AFFA rəhbərliyinə ərizə ilə müraciət edərək işlərinin çoxluğu səbəbindən komitə üzvlüyündən istefa verdiyini bildirib və istefasının qəbul olunmasını xahiş edib. Bununla bağlı, İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən təhsil nazirinin müavini Firudin Qurbanovun İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb və seçki AFFA-nın 2015-ci il martın 6-da təşkil olunacaq növbəti Konfransında keçiriləcək. Firudin Qurbanovun İK-ya namizədliyi İctimai Futbol Təşklatları İctimai Birliyinə Futbol Hakimləri Birliyindən verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm