İdman
“Sumqayıt”da qalmaqal - Klub prezidenti futbolçuların məvacibini Londonda xərcləyib?
Sumqayıtı Azərbaycan Premyer-Liqasında təmsil edən “Sumqayıt” klubunda maliyyə böhranı yaşanır. Futbolçuların məvacibləri 2 aydır ki,verilmir.
Publika.az-a bu barədə məlumatı futbolçuların özləri veriblər. Təzyiqlərə tuş gələcəklərini nəzərə alaraq, adlarını açıqlamaq istəmədiyimiz futbolçular klubun prezidenti Kamran Quliyevdən narazıdırlar.
Futbolçular bildirirlər ki, klub prezidenti onlara məvaciblərin veriləcəyi ilə bağlı bir neçə dəfə söz versə də, vədinə əməl etməyib.
Şikayətçilər iddia edirlər ki, klub prezidenti onların məvacibini bu yaxınlarda Londona səfər edərkən xərclədiyindən, indi maaşlarını ala bilmirlər.
İttiham yetərincə ciddi olduğundan məsələyə klub prezidentinin də münasibətini öyrənmək istədik. Kamran Quliyev zənglərimizə cavab vermədi.
Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov isə Publika.az-a açıqlamasında deyilənləri təkzib etdi: “Bu məlumatın heç bir əsası yoxdu.
Futbolçulara olan borc tamamilə ödənilib. “Rəvan”la oyundan bir gün əvvəl bütün futbolçuların məvacibi qəpiyinə qədər ödənilib”.
Qeyd edək ki, “Sumqayıt” “Rəvan”la fevralın 14-də qarşılaşıb.
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər
-
Nida Xəbər 17:20
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir
-
Magazin216:40
Tanınmış müğənninin vəziyyəti pisləşdi - Xəstəxanaya aparıldı