Amansız mübarizə belə olur - VİDEO
Bizi izləyin

İdman

Amansız mübarizə belə olur - VİDEO

Dünən Almaniya Bundesliqasında 22-ci tura start verilib.

Publika.az xəbər verir ki, turun açılış oyununda “Ştutqart” Dortmund “Borussiya”sını qəbul edib.

İkinci dövrəyə uğursuz başlayan Yürgen Kloppun komandası, deyəsən, yavaş-yavaş özünə gəlir. Ardıcıl üçüncü qələbə belə deməyə əsas verir. Amma “Ştutqart” üzərində qələbə asanlıqla qazanılmadı. Bundesliqada qalmaq uğrunda mübarizə aparan şvabiyalılar son dəqiqəyə kimi vuruşdu. Oyunun taleyini səviyyə fərqi həll etdi.

Bundesliqa, 22-ci tur

20 fevral

Ştutqart - Borussiya D 2:3

Klayn, 32-p. Nidermeyer, 91 - Obameyanq, 25. Gündoğan, 39. Roys, 89.

Turun qalan oyunları bu gün və sabah keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm