Avropada futbol həyəcanı: “Barselona” uduzdu, A seriyası bir “qol”unu itirdi
Bizi izləyin

İdman

Avropada futbol həyəcanı: “Barselona” uduzdu, A seriyası bir “qol”unu itirdi

Avrokuboklarda pley-off mərhələsinin start götürməsindən sonra nəhənglər, başqa sözlə, iki cəbhədə mübarizə aparan komandalar üçün həqiqət anı özünü göstərməyə başlayır. İlk həyəcan təbili Kataloniyanın paytaxtında çalındı. “Barselona” dogma meydanda “Malaqa”ya məğlub olmaqla çempionluq yolunda ağır zərbə aldı. Bundan istifadə edən Madrid nəhəngləri turu qələbəylə başa vuraraq, biri liderliyini möhkəmləndirdi, digəri “Barsa”ya yaxınlaşdı.

Almaniyada hər şey olduğu kimidir. Bircə Dortmund “Borussiya”sının dirçəlişi diqqət çəkir. Yürgen Kloppun komandası cari mövsümdə ilk dəfə qələbə seriyasını 3 oyuna çatdırdı. Qarşıda isə Rur derbisi var.

Çempion “Bavariya” üçün asan keçən turda “Volfsburq” çətinliklə qələbə qazandı. Onsuz da Bundesliqada çempionluq intriqası ölmək üzrədir. “Canavarlar” hələ ki, Münhenlilərə mane olmağa ən yaxın komandadır.

İngiltərədə 26-cı tur “Çelsi” və “Mançester Siti”nin xal itkisiylə əlamətdar oldu. Preyer Liqanın lideri “Bernli”ylə qarşılaşmada bir az da hakimin səhvləri nəticəsində 1 xala razılaşmalı oldu. “Mançester Yunayted” isə heç o bir xalı da qazana bilmədi.

İtaliyada turun oyunlarından çox “Parma”nın A seriyasından qovulması gündəmdə oldu. İtaliya Futbol Federasiyası maliyyə problemlərini həll edə bilməyən "Parma"nı mövsümün axırını gözləmədən aşağı liqaya göndərib. Komandaya bu turdakı "Udineze"ylə matçdan etibarən bütün oyunlarda 0:3 hesablı texniki məğlubiyyət veriləcək.

Klubun yeni sahibkarlarından isə xəbər yoxdu. Onların klubun hesabındakı pulları götürərək yoxa çıxdıqları deyilir.

Bundesliqa, 22-ci tur

20 fevral

Ştutqart - Borussiya D 2:3

Klayn, 32-p. Nidermeyer, 91 - Obameyanq, 25. Gündoğan, 39. Roys, 89.

21 fevral

Auqsburq - Bayer 2:2

Kayubi, 59. Hits, 94 - Drmiç, 8. Reynarts, 84.

Frayburq - Hoffenhaym 1:1

Hon, 25 - Volland, 39.

Maynts - Ayntraxt F 3:1

Klemens, 38. Qeys, 47. Malli, 50 - Ayqner, 35.

Paderborn - Bavariya 0:6

Levandovski, 24; 37. Robben, 63-p; 86. Riberi, 72. Veyser, 78.

Şalke - Verder 1:1

Meyer, 61 - Prodl, 92.

Köln - Hannover 1:1

Uya, 17 - Xoselu, 5.

22 fevral

Hamburq - Borussiya M 1:1

Ştayber, 74 - Hrqota, 93.

Volfsburq - Herta 2:1

Dost, 10; 74 - Şayber, 31.

* * *

Premyer Liqa, 26-cı tur

21 fevral

Aston Villa - Stok Siti 1:2

Sinkleyr, 20 - Diuf, 44. Moses, 93-p.

Çelsi - Bernli 1:1

İvanoviç, 14 - Mee, 18.

Kristal Pelas - Arsenal 1:2

Murrey, 94 - Santi Kazorla, 8-p. Jiru, 46.

Hall Siti - KPR 2:1

Yelaviç, 16. NDoye, 89 - Ostin, 39.

Sanderlend - Vest Bromviç 0:0

Suonsi - Mançester Y 2:1

Ki Sunq-Yonq, 30. Şelvi, 73 - Herrera, 78.

Mançester S - Nyukasl 5:0

Aquero, 2-p. Nəsri, 12. Dzeko, 21. David Silva, 51; 53.

22 fevral

Tottenhem - Vest Hem 2:2

Rous, 81. Keyn, 96 - Koyat, 22. Saxo, 62.

Everton - Lester 2:2

Naysmit, 57. Lukaku, 88 - Nucent, 63. Kambiasso, 70.

Sautqempton - Liverpul 0:2

Koutinyo, 3. Sterlinq, 74.

* * *

Liqa 1, 26-cı tur

20 fevral

Nitsa - Monako 0:1

Bernardo Silva, 85.

21 fevral

PSJ - Tuluza 3:1

Rabiot, 27; 48. Silva, 74 - Ben Yedder, 51.

Bastiya - Lill 2:1

Sio, 22. Ayite, 40 - Rayan Mendes, 40.

Kan - Lans 4:1

Feret, 7-p. Sala, 35; 75. Bazile, 36 - El Cadeyoui, 45.

Renn - Bordo 1:1

Ntep, 11 - Kazri, 77-p.

22 fevral

Genqam - Monpelye 0:2

Sanson, 2. Beriqod, 55.

Lion - Nant 1:0

Fekir, 67.

Reyms - Mets 0:0

Sent-Etyen - Marsel 2:2

Qradel, 54-p. Ərdinc, 91 - Batşuayi, 64; 67.

“Evyan” - “Loryan” matçı təxirə salınıb.

* * *

La Liqa, 24-cü tur

20 fevral

Xetafe - Espanyol 2:1

Pablo Sarabia, 23. Alvaro Vasqes, 57 - Arbilya, 89.

21 fevral

Barselona - Malaqa 0:1

Xuanmi, 7.

Kordoba - Valensiya 1:2

Qilas, 74-p - Andre Qomes, 38. Pablo Piatti, 81.

Atletiko - Almeriya 3:0

Mancukiç, 13-p. Qriezmann, 20; 29.

Deportivo - Selta 0:2

Çarls, 46. Larrivey, 82.

22 fevral

Real Sosyedad - Sevilya 4:3

Aqirretçe, 16. Prieto, 48-p; 90. Arribas, 82-avtoqol - Kolodziyeçak, 43. Bakka, 67. Qameyro, 78-p.

Atletik - Rayo Valyekano 1:0

Aduris, 85.

Vilyarreal - Eybar 1:0

Vietto, 71.

Elçe - Real M 0:2

Benzema, 57. Ronaldo, 69.

“Levante” - “Qranada” oyunu bu gün keçiriləcək.

* * *

A seriyası, 24-cü tur

20 fevral

Yuventus - Atalanta 2:1

Llorente, 39. Pirlo, 45 - Miqliaççio, 25.

22 fevral

Milan - Çezena 2:0

Bonaventura, 22. Patsini, 90-p.

Empoli - Kyevo 3:0

Ruqani, 22. Makkarone, 46; 67.

Latsio - Palermo 2:1

Mauri, 33. Kandreva, 78 - Dibala, 26.

Verona - Roma 1:1

Keyta, 38-a/q - Totti, 26.

Fiorentina - Torino 1:1

Salah, 85 - Vives, 87.

“Napoli” - “Sassuolo” və “Kalyari” - “İnter” oyunları bu gün keçiriləcək.

“Sampdoriya” - “Cenoa” oyunu təxirə salınıb.

“Parma” - “Udineze” qarşılaşması meydan sahiblərinin A seriyasından çıxarılması üzündən baş tutmayıb.

* * *

Superliqa, 21-ci tur

20 fevral

Ərciyəsspor - Konyaspor 3:0

Boye, 19. Drente, 27. Vleminkx, 34.

21 fevral

Başakşəhər - Qaziantepspor 1:0

Mahmut Təkdəmir, 30.

Bursaspor - Rizəspor 1:1

Sedrik Bakambu, 11 - Leonard Kueuke, 53.

Sivasspor - Qalatasaray 2:3

Şaheşue, 39. Akın, 85 - Öztekin, 9. Burak Yılmaz, 56. Telles, 67.

22 fevral

Balıkəsirspor - Gənclərbirliyi 0:1

Berkan Emir, 49-a/q.

Mersin - Karabükspor 2:1

Sərvət Çətin, 27. Milan Mitroviç, 67-p - Musa Çağıran, 10.

Kasımpaşa - Trabzonspor 1:1

Rayan Donk, 91 - Mehmet Ekici, 45.

Əskişəhərspor - Beşiktaş 1:0

Kaan Kanak, 17.

“Fənərbaxça” - “Akhisar” qarşılaşması bu gün keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm