Etirazın anatomiyası - Avropada, Avstraliyada, Asiyada - FOTOLAR
Bizi izləyin

İdman

Etirazın anatomiyası - Avropada, Avstraliyada, Asiyada - FOTOLAR

Son zamanlar idman yarışları daha bir məqamla cəlbediciliyini artırıb. Oyunun gedişində azarkeşlərin meydana çıxmasını deyirik. Mühafizəçilərin gözündən yayınaraq, meydana daxil olan fanatların hər birinin də ayrı-ayrı məqsədi olur. Kimisi siyasi şüar səsləndirir, kimisi heyvan hüquqlarına diqqət ayırmağa cəhd edir, kimisi sevimli futbolçusunu qucaqlamaq istəyir, kimisi də rəqib komandanın liderinə xəsarət yetirməyə cəhd edir.

Meydana daxil olmaq sizə asan gəlməsin ha... Hələ ələ keçəndən sonra üzləşəcəyiniz təqibləri demirik. Deməli, meydana daxil olmağı planlaşdıran şəxs hazırlıqlı olmalıdır. Həm fiziki, həm də psixoloji aspektdə. İndiyə qədər müxtəlif idman yarışlarında saysız-hesabsız fanat meydana daxil olmağı “başarıb”.

Publika.az bu “başarı”lardan ən maraqlılarını təqdim edir:

1. 1975-ci il, London. Kirket yarışında Şri-Lankada tamillərin müdafiəsi üçün keçirilən etiraz aksiyası.

2. Yenə də reqbi yarışı. Amma bu dəfə daha cəlbedici və ehtiraslı görüntü. Etiraz etmirsiz ki?

3. Xanım azarkeş Vinçentso Montellanın “uçuş”unu nümayiş etdirir. Amma nədənsə Almaniya Bundesliqasında.

4. Bu da İngiltərə Premyer Liqasında klassik Britaniya transvestit şousu.

5. Mançester derbisində Co Hart “Siti”nin azarkeşi ilə “razborka” aparır.

6. Frank Riberi Çempionlar Liqasının yarımfinalında “Barselona” üzərindəki qələbədən sonra meydana daxil olan azarkeşi qucaqlayıb. Anatoli Timoşuk isə ona təpik “hədiyyə” edir.

7. 2012-ci ildə keçirilən Avropa çempionatında xorvatiyalı fanat Slaven Biliçi öpür.

8. Bu da “hörümçək adam”. Nəhayət ki, ələ keçdi.

9. Australian Open-2015-in finalı. Avstraliya hökumətinin qaçqınlarla bağlı siyasətinə etiraz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm