Millilər meydana qara sarğı ilə çıxacaqlar
Bizi izləyin

İdman

Millilər meydana qara sarğı ilə çıxacaqlar

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandası, həmçinin 21 və 16 yaşadək futbolçulardan ibarət yığmalarımız bu gün və fevralın 25-də keçirəcəkləri yoldaşlıq oyunlarında Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar meydana qara sarğı ilə çıxacaqlar.

Publika.az xəbər verir ki, əsas millimiz bu gün Ukraynanın “Şaxtyor” klubu, U-16 yığmamız isə Belarusun U-17 komandası ilə qarşılaşacaq. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması fevralın 25-də Qananın müvafiq yaş qrupuna aid komandası, U-16 isə Norveçin “Konnerud” klubunun U-17 komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Millimizin “Şaxtyor”la oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Oyunun ən yaxşı halda, AFFA-nın rəsmi saytında yayınlanacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm