AFFA “iqtisadi problemlər”i klubların hesabına həll edir
Bizi izləyin

İdman

AFFA “iqtisadi problemlər”i klubların hesabına həll edir

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, İntizam Komitəsi Premyer Liqa klublarından ən çox "İnter"i cəzalandırıb.

Azərbaycan Premyer Liqasının 23-cü turunun "Neftçi" - "Qarabağ" matçında hər iki komandanın 4 futbolçusunun sarı vərəqə ilə cəzalanmasına görə klublar 1000 manat cərimə olunub. Oyununun 36-cı dəqiqəsində "Neftçi"nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə "Ağ-qaralar" 1000 manat ziyana düşüb. Matçın 38 və 40-cı dəqiqələrində "Qarabağ"ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.

23-cü turun "Simurq" - "Sumqayıt" matçının 93-cü dəqiqəsində "Simurq"un azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat ödəməli olacaq.

23-cü turun AZAL - "İnter" matçı başa çatdıqdan sonra "İnter"in futbolçusu Sezar Meza Kolli rəqib futbolçuya qarşı təhqiredici jestə görə 3 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub. "Bankirlər"in fiziki hazırlıq üzrə məşqçisi Miloş Yevtiç oyunun rəsmi şəxsinə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə 10 oyun cəzalanıb, klub 10000 manat cərimə olunub. Oyunda hər iki komandanın iştirakıyla baş vermiş insidentlərə görə hər iki klub 3000 manat ödəməli olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm