Azərbaycanlı iş adamı knyazla razılığa gəldi
Bizi izləyin

İdman

Azərbaycanlı iş adamı knyazla razılığa gəldi

“Baghlan Qrup”un prezidenti Hafiz Məmmədov Fransa kubokunun 1/4 finalının bir oyununu Bakıda keçirmək istəyir.

“Baghlan Qrup”un prezidenti Hafiz Məmmədov Fransa kubokunun 1/4 finalının bir oyununu Bakıda keçirmək istəyir.

Bu barədə kluba yaxın mənbədən “Axar.az”a məlumat daxil olub. Bildirilir ki, «Hafka» ləqəbli məşhur iş adamının sponsor olduğu «Lans» klubu 1/8 finalda Fransanın ən titulu klublarından olan «Lion»a qalib gələrək, 1/4 finala vəsiqə qazanıb. Növbəti oyununu isə «Lans» «Monako»ya qarşı keçirəcək.

Mənbənin dediyinə görə, Hafiz Məmmədovla Monako knyazı 2-ci Albertin dostluq münasibəti var. Bir qədər əvvəl “Hotel de Paris” otelində Monako onunla görüşmüşdü. “Bakı” futbol klubunun prezidenti “Monako”nun yüksək liqaya çıxması münasibəti ilə knyazı təbrik edib və komandanın yeni uğurlar qazanacağına inandığını bildirmişdi, habelə ardından ona Azərbaycan futbolu haqda məlumat vermişdi.

“Elə knyaz 2-ci Albert də Hafiz Məmmədovun “Lans”a göstərdiyi dəstəyi yüksək qiymətləndirmişdi. İndi Hafiz müəllim Albertlə dostluq əlaqələrindən danışıb “Lans”la Monakonun oyununu Bakıya salmaq istəyir. Bu təbii ki, “Lans”ın ev oyunu sayılacaq. Futbol tarixində əslində belə hallara rast gəlinib. Sadəcə “Lans” “Monako”nun Bakıya səfər xərclərini qarşılamalıdır ki, burda da problem yoxdur”, deyə mənbə bildirib.

Mənbənin dediyinə görə, Hafiz Məmmədov İngiltərə çempionatının 2-ci dəstə klubu “Lids”i də almaq niyyətindədir. Hazırda bir vaxtlar İngiltərənin adlı-sanlı klublarından olan “Lids”in əldə edilməsi yönünündə danışıqlar gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm