Heydər Əliyev adına İdman Arenasında möhtəşəm təqdimat
Bizi izləyin

İdman

Heydər Əliyev adına İdman Arenasında möhtəşəm təqdimat

Avropa Oyunları bu gün Alov Qoruyan Könüllülər proqramının iştirakçılarının geyinəcəyi uniformaların dizaynını nümayiş etdirib.

Publika.az xəbər verir ki, tədbirdə həmçinin Avropa Oyunları texniki rəsmilərin uniformaları da ictimaiyyətə təqdim olunub. Uniformaların təqdimatı Bakı 2015 Əməliyyat Komitəsinin 4000-dən çox könüllü üçün təşkil etdiyi məlumat və əyləncə xarakterli Alov Qoruyanların oriyentasiya sessiyasının bir hissəsi idi. Tədbir Avropa Oyunları zamanı sambo, cüdo və güləş yarışlarının keçiriləcəyi yeni təmirdən çıxmış Heydər Əliyev adına İdman Arenasında baş tutub. Mərasimdə Musiqi və videoçarxlar nümayiş olunub.

Tədbirdə çıxış edən Avropa Oyunlarının Əməliyyat Komitəsinin baş icraçı direktoru, Gənclər və idman naziri Azad Rəhimov Alov Qoruyanların işinin önəmli olduğunu deyib:

"Çox şərəfli və məsuliyyətli vəzifədir. Bu qədər böyük kütlənin qarşısında ilk dəfə olaraq könüllülərin tədbiri keçirilir. Burada olmağınız onu sübut edir ki, Azərbaycanın gələcəyini düşünən gənclər var".

Daha sonra nazir Bakının Avropa Oyunlarına seçilməsi tarixindən danışdı. Bu mötəbər turnir üçün inşa edilmiş idman qurğularından söhbət açdı:

"Avropanın 33 ölkəsi ilə yayım sazişi bağlanıb. Bu kanallar vasitəsiylə iyunun 12-dən 28-nə qədər bütün Avropa Azərbaycana baxacaq. Biz istərdik ki, açılış mərasimi ilə yanaşı, bağlanış mərasimi də yaddaqalan olsun. Buna görə də ulduzlar dəvət olunub. Hər kəsə uğurlar arzu edirəm. Bu an münasibəti ilə təbrik edirəm".

Daha sonra Avropa Oyunlarında istifadə olunacaq idman qurğuları barədə videoçarx nümayiş etdirildi. Avropa Oyunlarının əməliyyatlar üzrə baş direktoru Saymon Kleq də tədbirdə çıxış edib. O da Alov Qoruyanların işinin vacibliyini qeyd edib:

"Əminəm ki, könüllülərimizin bu həyəcanı oyun zamanı da davam edəcək. Bakı 2015-in simaları kimi onların rolu bu tədbirin uğurlu keçməsi üçün vacibdir".

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev də Alov Qoruyanların işini xüsusi dəyərləndirib.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm