FİFA məxfi əməliyyata hazırlaşır
Bizi izləyin

İdman

FİFA məxfi əməliyyata hazırlaşır

FİFA məxfi əməliyyata hazırlaşır

FİFA DÇ-2014-də məxfi əməliyyat həyata keçirəcək.

Publika.az xəbər verir ki, dünyanın ali futbol qurumu 4 ay sonra Braziliyada baş tutacaq mundial öncəsi iştirak ərizəsində olan bütün futbolçuları dopinq testindən keçirməyi planlaşdırır.

Məsələ barədə FİFA-nın tibbi xidmət rəhbəri İrji Dvorjak açıqlama verib.

Onun sözlərinə görə, yarışda iştirak edəcək 32 komandanın hər bir üzvü turnir başlayanadək yoxlamadan keçməlidi: “Mən çox şadam ki, hamı testin nə vaxt olacağından xəbərsizdi.

Çünki bunu açıqlamırıq. Biz bu prosesi istənilən vaxt, istənilən yerdə başlaya bilərik.

Martın 1-dən etibarən bizə milli komandadakı oyunçuların koordinatları bildiriləcək. Bundan sonra nə vaxt və hara gedəcəyimizə qərar verəcəyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm