İdman
DÇ-2018 təhlükə altında!
Rusiyada yaşanan iqtisadi böhran 2018-ci ildə bu ölkədə keçiriləcək dünya çempionatının infrastrukturunun qurulmasını ciddi təhlükə altına salıb.
Publika.az xəbər verir ki, Rusiya hökuməti Kalininqrad və Yekaterinburqda tikilən stadionların tutumunun, eləcə də məşq meydançalarının sayının azaldılmasıyla bağlı qərar qəbul edib. Qərara görə, Yekaterinburqda və Kalininqradda tikilən stadionların tamaşaçı tutumu 45 mindən 35 minə qədər azaldılıb.
Dəyişikliklərlə bağlı FİFA-ya xəbərdarlıq edilib. Məsələ ali futbol qurumu və Rusiyanın idman nazirliyi ilə razılaşdırılıb. Dünya çempionatı üçün 48 məşq meydançasının tikintisi və yenidən qurulması nəzərdə tutulmuşdu. FİFA ilə razılıq əldə olunduqdan sonra onların sayı 37-yə endirilib.
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır