“İnter”ə bosniyalı məşqçi gəlir
Bizi izləyin

İdman

“İnter”ə bosniyalı məşqçi gəlir

"İnter" yeni məşçiylə müqavilə imzalayacaq.

Publika.az xəbər verir ki, bosniyalı Marino Pusiç "Bankirlər"in texniki heyətində yer alacaq.

"İnter"in idman direktoru Roland Vroomans klubun saytına verdiyi açıqlamada məlumatı təsdiqləyib:

"Biz onu mövsümün sonunadək texniki heyəti gücləndirmək üçün yaxşı namizəd hesab edirik. Bununla da diqqətimizi əsas komandanın oyunçularına və nəticəyə yönəldərik. Eyni zamanda komandanın yeni texniki heyətini gələcək bir neçə il ərzində formalaşdıra bilərik".

Pusiç 1971-ci il avqustun 18-də Bosniya və Herseqovinanın Mostar şəhərində anadan olub. Peşəkar futbolçu kimi o, "Srvena Svezda" (Serbiya), "Velez" (Bosniya və Herseqovina), "Köln"(Almaniya), "De Qraafşap", "Qou Ehed İqlz" (hər ikisi Hollandiya) kimi klublarda çıxış edib.

Bosniya və Herseqovina yığmasının heyətində iki dəfə meydana çıxıb. Marino 2009-2013-cü illərdə "Vitess "in (Hollandiya) 19 yaşlılardan ibarət komandasını çalışdırıb. 2013-cü ildə isə UEFA Pro lisenziyasını alıb. 2013-cü ilin iyulun 1-dən 2014-cü ilin oktaybrına qədər "Breda"da (Hollandiya) köməkçi məşqçi kimi çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm