Çörəyi dizinin üstündəymiş - Anri Vengerin postuna göz dikib
Bizi izləyin

İdman

Çörəyi dizinin üstündəymiş - Anri Vengerin postuna göz dikib

"Arsenal"ın əfsanəvi futbolçularından Tyerri Anri London klubunu çalışdırmaq arzusundan danışıb. O, belə bir şans düşərsə, bunu əsla rədd etməyəcəyini deyib.

Publika.az xəbər verir ki, "Arsenal"ın "Monako"ya evində 3:1 məğlub olması ilə baş məşqçi Arsen Vengerin postunda sanki “büdrəmə” olub. İngiltərə mətbuatı da fürsətdən yararlanaraq fransız ulduzu danışdırıb:

“Arsen Venger nə etmək istəyir bilmirəm. Mən sadəcə gələcəkdə məşqçiliyə uyğun yerdə başlamaq istəyirəm. "Arsenal"ı çalışdırmaq mənə yuxu kimi gəlir. Ancaq etiraf edim ki, əvvəl işi çox yaxşı öyrənməyim lazımdır. Yaxşı oynamaq yaxşı öyrədə biləcəyim anlamına gəlmir. "Arsenal" mənə belə bir vəzifə versə, əsla imtina etməyəcəm”.

Hazırda teleşərhçi kimi fəaliyyət göstərən Anri, həmçinin “Arsenal”ın uşaq komandalarında məşqçiliyin sirlərini öyrənir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm