“Onun üçün artıq vaxtım yoxdur”
Bizi izləyin

İdman

“Onun üçün artıq vaxtım yoxdur”

“Barselona”nın baş məşqçisi Luis Enrike “Qranada” ilə səfər qarşılaşmasından əvvəl mətbuat konfransı keçirib.

Publika.az xəbər verir ki, Enrike mətbuat konfransında komandanın yarımmüdafiəçisi Xavi barədə də suala cavab verib. “Barsa”nın baş məşqçisi “Xavi bu mövsüm meydanda niyə çox az görünür” sualını cavablandırıb:

“Təəssüf ki, məndə hamı üçün artıq dəqiqələr yoxdu. Xavi meydana çıxarkən çox yaxşı oynayır və komandanın uğurlarına öz töhfəsini verir. Ancaq unutmayaq ki, futbolçularla bağlı belə durum həmişə yaşanır. Komandamda hamı yüksək səviyyədədi. Çox təəssüf ki, meydana hamı çıxa bilmir”.

Cari mövsümdə Xavi İspaniya çempionatında 17 oyunda iştirak edib, 12 qarşılaşmada əsas heyətdə meydana çıxıb. Yarımmüdafiəçi bu qarşılaşmalarda 1 qol vurub, 4 qol ötürməsi verib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm