İdman
Messiyə daha bir şok ittiham - Bu dəfə almanlardan
Almaniyanın "Der Spiegel" jurnalı "Barselona"nın ulduzu Lionel Messiylə bağlı şok iddia irəli sürüb.
Komanda.az xəbər verir ki, son dövrlərdə atası Jorge ilə birlikdə vergidən yayınma suçuyla məhkəmə qarşısına çıxan argentinalı hücumçu indi də başqa bir ittihamla üz-üzə qalıb.
"Der Spiegel" jurnalının sənədlərə dayanaraq verdiyi xəbərdə bildirilir ki, Messiyə aid olan "Lionel Messi Fondu" 2012 və 2013-cü illərdə 6 xeyriyyə matçından (Çikaqo, Boqota, Cancun, Mayami, Lima və Medellin) gələn gəlir sahiblərinə çatdırılmayıb. Bu oyunlarda biletlərin 50-2220 avro arasında satıldığı və əldə olunan gəlirdən bir milyon avronun Çuraçao adasındakı bir bankaya yatırıldığı iddia olunur.
İddiaya görə, saxtakarlığın arxasında Messinin atasının dostu Gilyermo Marin dayanır.
Messiylə yanaşı, Xavyer Maskerano, Tyerri Anri, Julio Sezar kimi ulduz futbolçuların da iştirak etdiyi xeyriyyə matçlarından ümumilikdə 7 milyon avro gəlir əldə olunduğu bildirilir.
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı