Mövsümün ilk qalibi “Çelsi” oldu - VİDEO
Bizi izləyin

İdman

Mövsümün ilk qalibi “Çelsi” oldu - VİDEO

İngiltərədə cari mövsümdə ilk titulun qalibi müəyyənləşib.

Publika.az xəbər verir ki, Liqa kuboku finalında "Çelsi" və "Tottenhem" münasibətlərinə aydınlıq gətirib. Yarımfinalda "Zadəganlar" "Liverpul"u, "Tottenhem" isə aşağı liqa təmsilçisi "Şeffild Yunayted"i məğlub edərək finala vəsiqə qazanmışdı. "Çelsi" sonuncu dəfə 2007-ci, "Tottenhem" isə 2008-ci ildə bu titulara yiyələnmişdi.

7 il əvvəlki finalda hotspurlular məhz "Zadəganlar"a qalib gələrək (2:1) kuboka yiyələnmişdi. Bu dəfə isə gülən tərəf "Çelsi" olub. Terrinin qolu və Uolkerin "hədiyyə"si “Zadəganlar”a tarixindəki 5-ci Liqa kubokunu qazandırıb.

Liqa kuboku, final

1 mart

Çelsi - Tottenhem 2:0

Terri, 45. Uolker, 56-a/q.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm