Nazirlik cüdoçuların səsinə səs verdi - Bir aya həll olunacaq
Bizi izləyin

İdman

Nazirlik cüdoçuların səsinə səs verdi - Bir aya həll olunacaq

Bu gün Gənclər və İdman Nazirliyində cüdoçularla görüş olacağı barədə xəbər vermişdik (http://publika.az/p/66339).

Nəhayət görüş baş tutub. İdmançıları gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov qəbul edib.

Bu barədə Publika.az-a GİN-in mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib. Nazirliyin rəsmisi bildirib ki, idmançıların problemləri müzakirə olunub. (http://publika.az/p/66198)

Bugünkü görüşdə etirazçılardan gənclər arasında Avropa çempionu, böyüklər arasında Avropa ikincisi və olimpiya iştirakçısı Elmar Qasımov, habelə İlqar Müşkiyev, Orxan Səfərov, Ramin Qurbanov, Tərlan Kərimov, Nicat Şıxəlizadə, Rüstəm Orucov kimi beynəlxalq yarışların mükafatçıları və bir çox tanınmış idmançılar da iştirak edib.

Cüdoçu federasiyanın məsələnin həlli üçün növbəti vəd verdiyini dedi:

“Bu gün görüş oldu. Dediklərinə görə məsələni həll edəcəklər. 1 ay ərzində qaydasına düşəcək”.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elnur Camalxanov saytımıza açıqlamasında qurumda maliyyə probleminin olmadığını, idmançıların bu aya olan maaşlarının verildiyini, məşqlərin isə məşqçi planı çərçivəsində keçirildiyini demişdi.

Xatırladaq ki, azərbaycanlı cüdoçular bir neçə gün əvvəl etiraz aksiyası keçirmişdilər. Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən idmançılar federasiya rəhbərliyinin biganəliyindən, onlara qarşı diqqətsizliyindən və maaşların azlığından şikayətlənirdilər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm