Elə bil onun üçün deyilib - saxla “saman”ı, gələr zamanı
Bizi izləyin

İdman

Elə bil onun üçün deyilib - saxla “saman”ı, gələr zamanı

Almaniya Bundesliqası doğrudan da Avropanın özünəməxsus maraqlı birinciliyinə çevrilib. Bunun da əsas səbəbkarlarından biri Dortmund “Borussiya”sıdır. Birinci dövrəni autsayder kimi başa vuran “Sarı-qaralar” 23 turdan sonra 10-cu pilləyə qədər yüksəlib. 6 tura 10 pillə pis göstərici deyil. Mövsümün sonunda dortmundluları Çempionlar Liqası zonasında görsəz təəccüblənməyin. Bütün bu yüksəlişdə əsas səbəbkar baş məşqçi Yürgen Kloppdur. O, sərhədsiz etimada görə klub rəhbərliyinə minnətdarlıq edib.

Publika.az xəbər verir ki, Klopp komandanın icraçı direktoru Hans-Yoahim Vatskeyə və idman direktoru Mixael Tsorka onu vəzifəsindən qovmadıqlarına görə təşəkkür edib:

“Çox xoşbəxtəm ki, belə gözəl klubda işləmək imkanım var. Etimada görə “Borussiya”ya borcluyam. Vatske və Tsork çətin anlarda böyük məsuliyyət hissi ilə etimad göstərdilər. Belə əmin-amanlığı, inamı və dözümü görmək çox xoşdu”.

Cari mövsümün gedişində “Borussiya” turnir cədvəlində sonuncu pilləyə yuvarlanmışdı. Hazırda Dortmund klubu 23 turdan sonra 28 xal toplayıb və turnir cədvəlində 10-cu yerdə qərarlaşıb. Ardıcıl 4 qələbə qazanan Kloppun yetirmələri son turda Rur derbisində “Şalke”ni də məğlub etdi – 3:0.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm