Şeyxlər “Kral ailəsi”nə göz dikib
Bizi izləyin

İdman

Şeyxlər “Kral ailəsi”nə göz dikib

Mövsümü titulsuz başa vurmaq qorxusunu hiss edən “Mançester Siti” rəhbərliyi artıq indidən baş məşqçi Manuel Pelleqriniyə əvəz axtarışına çıxıb.

Publika.az xəbər verir ki, şeyxlər dəbdə olan bütün mütəxəssislərə “əlcək atır”. Xosep Qvardioladan sonra “Real”a da göz gəzdirən “Şəhərlilər” Karlo Ançelotti üzərində düşünür. Şeyxlər “Kral klubu”yla 2016-cı ildə bitəcək müqaviləsini yeniləməyən 55 yaşlı mütəxəssislə yaxından maraqlanır.

Qeyd edək ki, MS cari mövsümü titulsuz bitirəcəyi təqdirdə Pelleqrininin göndəriləcəyi gözlənilir. Hazırda Premyer Liqada 5 xallıq fərqlə lider “Çelsi”ni təqib edən Mançester klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda evində “Barselona”ya uduzub (1:2).

Mümkün namizədlər arasında “Napoli”nin baş məşqçisi Rafael Benites də var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm