Bakı 2015-in medallarını hansı şirkət hazırlayacaq?
Bizi izləyin

İdman

Bakı 2015-in medallarını hansı şirkət hazırlayacaq?

I Avropa Oyunlarının medallarının təqdimat mərasimi baş tutub.

Publika.az xəbər verir ki, tədbirdə qızıl, gümüş və bürünc mükafatlar təqdim edilib.

Medalların üzərində Bakı-2015 brendinə uyğun şəkildə hazırlanmış təsvirlər həkk olunub.

Medalların mərkəzi hissəsində İlk Avropa Oyunlarının loqotipi olaraq paytaxtımızın metaforası əks olunub. Medalın arxasında isə Avropa Olimpiya Komitəsinin emblemi və mətn simvolu var.

Medalların tərtibatı Soçi-2014 qış olimpiya və paralimpiya oyunlarının medallarını hazırlamış məşhur zərgər brendi Adamsla azərbaycanlı rəssam Nərgiz Hüseynovaya aiddir.

Onu da bildirək ki, mükafatlar “Azersuvenir” şirkəti tərəfindən ölkəmizdə istehsal ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm