Bakı 2015-ə 100 gün qalmış... – Geri sayım başladı
Bizi izləyin

İdman

Bakı 2015-ə 100 gün qalmış... – Geri sayım başladı

Günlər ötdükcə Bakı 2015 Avropa Oyunlarının həyəcanı da artır. 100 gündən sonra ölkəmiz bu möhtəşəm idman bayramına ev sahibliyi edəcək.

Publika.az xəbər verir ki, bu gün Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Bakı 2015-in Açılış Mərasiminə 100 gün qalması münasibətilə Fairmont Otelində tədbir keçirib.

Aparıcı İlkin Həsəni tədbir iştirakçılarını salamladıqdan sonra idmanın inkişafıyla bağlı müxtəlif fikirlər səsləndirilib. Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Nurullayeva çıxışına idmançılarımızın olimpiya oyunlarında və digər beynəlxalq turnirlərdə uğurlar qazanması ilə başlayıb:

"Böyük idmanın kütləviləşməsi inkişafın göstəricisidir. Bu cür yarışların ölkəmizdə keçirilməsinə pozitiv yanaşmalıyıq. İdman vasitəsilə dostluğu, qardaşlığı yaymaq da bizim hədəflərimizdəndir. Bildirim ki, Avropa oyunlarına hazırlıq prosesini hər federasiya öz tərtib etdiyi sxem üzrə aparır. Önəmli hissələrdən biri də məşqlərdir. İdmançılarımız məşqlərini həm ölkədəki idman qurğularında, həm də xaricdə keçirirlər".

Daha sonra I Avropa Oyunlarının medalları təqdim olunub. Sərbəst güləşçi Teymur Məmmədov bürüncü, ikiqat paralimpiya çempionu İlham Zəkiyev gümüşü, olimpiya çempionu Namiq Abdullayev isə qızılə ictimaiyyətə təqdim edib. Üzərində Bakı-2015 brendinə uyğun şəkildə hazırlanmış təsvirlər həkk olunan medalların çəkisi ümumilikdə, 380 qram nəzərdə tutulub.

Medalların mərkəzi hissəsində İlk Avropa Oyunlarının loqotipi olaraq paytaxtımızın metaforası əks olunub. Medalın arxasında isə Avropa Olimpiya Komitəsinin emblemi və mətn simvolu var.

Medalların tərtibatı Soçi-2014 qış olimpiya və paralimpiya oyunlarının medallarını hazırlamış məşhur zərgər brendi Adamsla azərbaycanlı rəssam Nərgiz Hüseynovaya aiddir.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm