1/4 final mərhələsinin ilk oyunları keçirilib
Bizi izləyin

İdman

1/4 final mərhələsinin ilk oyunları keçirilib

Martın 4-də Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Publka.az-ın məlumatına görə, "Neftçi" AZAL-ı sınağa çəkib. Futbolçuların səylərinə baxmayaraq, qapılar toxunulmaz qalıb - 0:0.

"Xəzər Lənkəran" səfərdə "İnter"in qonağı olub. Hesabı "bankirlər" açıblar: 41-ci dəqiqədə Mikel Alvaro fərqlənib. 69-cu dəqiqədə Asim Məmmədov son nöqtəni qoyun - 2:0.

"Qarabağ" "Bakı"nı qəbul edib. Ağdam təmsilçisi oyuna fəal başlayıb. 6-cı dəqiqədə Reynaldo fərqlənib. 24-cü dəqiqədə Vüqar Nadirov hesabı artırıb. 32-ci dəqiqədə isə Reynaldo dubl edib - 3:0.

"Qəbələ" isə doğma meydanda "Simurq"la qarşılaşıb. Qonaqların heyətində Draqan Çeran əvvəlcə 11-ci dəqiqədə hesabı açıb, 55-ci dəqiqədə isə dubl edib. 2 dəqiqə sonra Benjamin Lambot fərqi 3 topa çatdırıb - 0:3.

Azərbaycan Kuboku
1/4 final
İlk oyunlar


4 mart
Neftçi - AZAL 0:0

İnter - Xəzər Lənkəran 2:0
Qollar: Mikel Alvaro, 41. Asif Məmmədov, 69.

Qarabağ - Bakı 3:0
Qollar: Reynaldo Silva, 6; 32. Vüqar Nadirov, 24.

Qəbələ - Simurq 0:3
Qol: Draqan Çeran, 11.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm