Bəxtiyarı çətin sınaq gözləyir
Bizi izləyin

İdman

Bəxtiyarı çətin sınaq gözləyir

Azərbaycanın və “Qəbələ” idman klubunun təmsilçisi, qarışıq döyüş növlərində (MMA) çıxış edən Bəxtiyar Abbasov bu gün növbəti döyüşünə çıxacaq.

Publika.az-ın məlumatına görə, Abbasov martın 5-də Ukraynanın paytaxtı Kiyevdə təşkil olunacaq “Polad döyüşçülər” (“Stalnıe voinı”) adlı döyüş gecəsində ukraynalı Aleksandr Boyko ilə qarşılaşacaq.

Ukraynalı idmançı peşəkar rinqdə 20 döyüş keçirib və bunlardan 12-də qalib gəlib. B.Abbasovun 12-si qələbə və 4-ü məğlubiyyət olmaqla 16 döyüş keçirib. İyirmi doqquz yaşlı idmançımız 5 ildən artıqdır peşəkar MMA döyüşlərində çıxış edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm