Pəhləvanlarımız olimpiya çempionunun xatirə turnirində
Bizi izləyin

İdman

Pəhləvanlarımız olimpiya çempionunun xatirə turnirində

Martın 7-8-də Saxa (Yakutiya) Respublikasının paytaxtı Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında beynəlxalq turnir keçiriləcək.

Publika.az xəbər verir ki, turnirdə gənclərdən ibarət sərbəst güləş yığmamızın 3 üzvü qüvvəsini sınayacaq. Yığma komandanın məşqçisi Siracuddin Eldarovun rəhbərliyi altında turnirə yola düşən heyətdə Əfqan Xaşalov (55 kq), Pənah İlyaslı (66 kq) və Turxan Qurbanov (96 kq) yer alıb.

Turnirin proqramına əsasən, martın 7-də 50, 60, 74 və 96 kq, martın 8-də isə 55, 66, 84 və 120 kq çəki dərəcəsində güləşçilər mübarizə aparacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm