İngiltərə Premyer Liqası Kubokunun Bakı səfəri (R)
Bizi izləyin

İdman

İngiltərə Premyer Liqası Kubokunun Bakı səfəri (R)

İngiltərə Premyer Liqası Kubokunun Bakı səfəri

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Mançester Yunayted” futbol klubunun azarkeşlərini və bütün futbolsevərləri “Barclays PL” kubokununun Bakı turuna qatılmağa dəvət edir.

Bakı səfəri çərçivəsində “Barclays PL” kuboku 19 fevral 2014- cü il tarixindən etibarən Bakı Dövlət Universiteti, 28 May metro stansiyası, Malakan bağı, “28 Mall” Ticarət Məkəzi və “Bakcell Arena Pub”da nümayiş olunacaq.

Dünyanın bir çox məşhur futbolçusunun əlində ucalmış əfsanəvi kuboku görmək və şəkil çəkdirmək istəyən hər kəs 20-21 fevral 2014-cü il tarixlərində “28 Mall” a gələ bilər.

Kubokla görüşə gələn və #BarclaysKubokuBakıda heşteqi ilə sosial şəbəkələrdə şəkillərini paylaşan bütün futbolsevərlər müxtəlif hədiyyələr qazanmaq şansı əldə edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm