Daha bir həmyerlimiz milliləşdirilir
Bizi izləyin

İdman

Daha bir həmyerlimiz milliləşdirilir

AFFA Ukraynanın "Metallurq" (Zaporojye) klubunun futbolçusu Pavel Paşayevin Azərbaycan millisinə cəlb olunması üçün FİFA-ya müraciət edib.

Publika.az xəbər verir ki, əslən azərbaycanlı olan müdafiəçi federasiyaya müraciət edərək, yığmamızda oynamaq istədiyini bildirib.

Bununla bağlı AFFA-nın sorğusuna cavab olaraq, Ukrayna Futbol Federasiyası bildirib ki, Paşayev bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında iştirak edib, lakin əsas komandada oynamayıb.

AFFA müvafiq qaydalara uyğun olaraq, futbolçunun Azərbaycan millisində çıxış etməsinə razılıq vermək üçün FİFA-ya müraciət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm