Almanlar bizə inanır
Bizi izləyin

İdman

Almanlar bizə inanır

Almaniya Olimpiya İdman Konfederasiyası (AOİK) Bakı 2015 Avropa Oyunlarının olduqca uğurlu keçəcəyinə inanır. Neulsenburqda mediaya verilən açıqlamada deyilir ki, çoxsaylı idman növlərindən ibarət olacaq bu Oyunların müsbət nəticələri olacağına ümid edilir.

“İnanıram ki, çox sayda idman növündə yarışacaq atletlərin saylarının çox olmasına görə bu Oyunlar olduqca uğurlu keçəcək”. Publika.az xəbər verir ki, bu sözlər AOİK-in baş meneceri cənab Maykl Vesperə aiddir.

O əlavə edib ki, uğur başlıca olaraq Oyunların gedişatından və buna olan diqqətin səviyyəsindən asılı olacaq.

Cənab Vesper deyib ki, Avropa Oyunları artıq status baxımından genişlənib. Onun sözlərinə görə, bunu 2019-cu Avropa Oyunlarına sahiblik etməyə maraqlı olan ölkələrin sayından görmək mümkündür, onların bəziləri Qərbi Avropadandır. “İdeya öz təsdiqini tapmaqdadır”, – deyə cənab Vesper əlavə edib.

Bununla belə, AOİK rəsmisi Bakı 2015-də Almaniya idmançıları üçün neçə medal arzuladığını demək istəmədi:

“Bu, mümkün qədər yaxşı çıxışdan və təcrübə imkanlarından düzgün istifadə etməkdən asılıdır”, – deyə cənab Vesper bildirdi. Bakı 2015-ci ildə keçiriləcək bəzi idman növlərindən fərqli olaraq, stolüstü tennis ulduzları Boll və Dimitriy Ovtçarov Rio 2016 Olimpiya Oyunlarına birbaşa bilet uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Almaniya Bakı 2015 Avropa Oyunlarında 280-ə yaxın idmançı ilə təmsil olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm