Sabridən “Fənərbaxça”ya ironiyalı mesaj
Bizi izləyin

İdman

Sabridən “Fənərbaxça”ya ironiyalı mesaj

Sabridən “Fənərbaxça”ya ironiyalı mesaj

"Qalatasaray"ın kapitanı Sabri Sarıoğlu "Antalyaspor" (2:2) matçından sonra mətbuata açıqlama verib. Publika.az xəbər verir ki, kapitan oyunla bağlı fikirlərinin bildirməklə yanaşı, ironiyalı sözlər də səsləndirib:

"Yaxşı oynayırdıq. Qələbə seriyaları ilə bu pilləyə yüksəldik. Matça istədiyimiz kimi başlamışdıq, amma gözləmədiyimiz halda qol buraxdıq.

İkinci hissədə qələbə üçün bütün gücümüzü ortaya qoyduq, lakin alınmadı. Qarşıdakı turlarda qələbə üçün çalışacağıq".

Sarıoğlu əzəli rəqibləri "Fənərbaxça"ya da mesaj göndərib: "Biz hər zaman qalib gəlsək də, məğlub olsaq da, rəqibimizə hörmət edirik.

Məhz bu səbəbdən biz "Qalatasaray"lıyıq. Bunu bəzilərinə öyrədə bilmədiyimiz üçün hər kəsdən üzr istəyirik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm