Peyntbol mövsümü açıq elan edildi
Bizi izləyin

İdman

Peyntbol mövsümü açıq elan edildi

İctimaiyyətin diqqətinə çatdırmaq istərdik ki, ötən il olduğu kimi bu il də Peyntbol Federasiyası yalnız dövlət orqanları, hüquq-mühafizə orqanları və silahlı qüvvələrlə peyntbol idman növü üzrə əməkdaşlıq edəcəkdir.

Publika.az xəbər verir ki, gənclərin hərbi vətənpərvərlik sahəsində formalaşdırılması məqsədiylə federasiya öz fəaliyyətini Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, dövlət orqanları, hüquq mühafizə orqanları, silahlı qüvvələrlə koordinasiya formasında həyata keçirəcəkdir.

Gənclər və İdman Nazirliyi və Federasiya tərəfindən tanınmayan, kommersiya məqsədi ilə fəaliyyət göstərən, heç bir peyntbol zonaları ilə bu il də əməkdaşlıq edilməyəcəkdir. Gənclər və İdman Nazirliyi və o cümlədən Federasiya ilə fəaliyyəti razılaşdırılmayan kommersiya tipli peyntbol zonalarının fəaliyyəti tərəfimizdən təqdir edilmir və dəstəklənmir. Federasiya Gənclər və İdman Nazirliyi və o cümlədən Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təsdiq edilmiş rəsmi təqvim planına əsasən fəaliyyətini dövlət orqanları ilə koordinasiya şəklində quracaqdır.

Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən heç bir peyntbol zonası Azərbaycan Respublikası Peyntbol Federasiaysının adından istifadə edə bilməz, Federasiyanın bayrağını ərazisində asa bilməz, Federasiyanın adından danışa bilməz. Heç bir peyntbol zonasına Federasiya tərəfindən heç bir status verilməmişdir. Klubların rəsmi fəaliyyəti yalnız və yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada Gənclər və İdman Nazirliyi və Federasiya tərəfindən razılaşdırldığı halda mümkündür. Peyntbol idman növü üzrə istənilən tədbirin keçirilməsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Peyntbol Federasiyası tərəfindən birgə razılaşdırılaraq qəbul edilmiş və rəsmən təsdiqlənmiş rəsmi əsasnamə əsasında mümkündür.

Peyntbol zonaları tərəfindən hər hansı bir tədbirlərin keçirilməsini Federasiya qadağan edir və bu sahədə ictimaiyyətin də mövqeyinə etimad ifadə edir. Eyni zamanda hazırda fərdi şəxslər tərəfindən kommersiya məqsədi ilə fəaliyyət göstərən və Federasiya tərəfindən tanınmayan bütün peyntbol zonalarına fəaliyyətlərini ərazi üzrə müvafiq hüquq-mühafizə orqanları ilə əlaqələndirmək tövsiyə olunur.

Hər hansı bir peyntbol zonası Federasiyanın adından sui-istifadə etdiyi halda bu barədə Federasiyaya məlumat verməyinizi Sizdən xahiş edirik.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm