Futbolçuların maaşına limit qoyuldu
Bizi izləyin

İdman

Futbolçuların maaşına limit qoyuldu

Xəbər verdiyimiz kimi, bu gün AFFA-nın illik hesabat konfransı keçirilib. Konfransda müəyyən məsələlər müzakirə olunub və bir sıra qərarlar qəbul olunub.

Publika.az xəbər verir ki, növbəti mövsüm üçün komanda sayı da müzakirə olunub. AFFA prezidenti Rövnəq Abdullayev növbəti mövsümdə də Premyer Liqada 10 komanda iştirak edəcəyini deyib. Birinci diviziondan yüksək liqaya iki komanda gələcək.

"Araz Naxçıvan"ın Premyer Liqada iştirakını dayandırdığını nəzərə alsaq böyük ehtimalla, sayın düzəlməsi üçün bir komanda Premyer Liqanı tərk etməli olacaq.

Bundan əlavə, futbolçuların məvacibinə limit tətbiq olunacağını bildirilib. Bu barədə konfransda çıxış edən AFFA prezidenti məlumat verib:

“Əsas fikir ayrılığına səbəb olan qərar 21 və 23 yaşlı futbolçuların maaşları ilə bağlı limit məsələsi oldu. Məşqçilər Komitəsinin tövsiyəsini nəzərə alaraq, 21 yaşlı futbolçuların maaşlarına limit qoyulması ilə bağlı qərar qəbul etdik. Biz bunu qiymətlərin süni dərəcədə şişirdilməsinin qarşısını almaq, klublara kömək üçün etdik. 21 yaşlı futbolçuların maaşına sədd qoyduq. 21 yaşlı futbolçu ildə maksimum 30 min, 23 yaşlı futbolçu isə 50 min qazana bilər. Həmin futbolçu milli üzvüdürsə, klub məvacibini 50 faiz artıra bilər.

İkinci qərar bu idi ki, gələn il çempionatın oyunlarının yayımı üçün tender keçiriləcək. Yayımı udan, tenderdə qalib gələn müəyyən bir qurum o yayımı həyata keçirəcək və gəlir klublar arasında hələ ki, eyni bölünəcək. Gələcəkdə klubların reytinqinə görə yayım haqqı müəyyənləşəcək. Bir çox ölkələrdə məhz belədir".

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm