Maurinyo “Barselona”ya sataşdı
Bizi izləyin

İdman

Maurinyo “Barselona”ya sataşdı

Maurinyo “Barselona”ya sataşdı

“Çelsi”nin baş məşqçisi Joze Maurinyo Çempionlar Liqasının 1/8 finalında bu gün keçiriləcək “Mançester Siti” – “Barselona” matçı barədə danışıb.

Publika.Az xəbər verir ki, Britaniya televiziya kanallarından birinə müsahibə verən portuqaliyalı mütəxəssis “Mançester Siti”nin “Barsa”nı məğlub edə biləcəyini bildirib:

“Hər iki klubun tarixinə baxsaq, favorit "Barselona"dır. Amma bu mövsümkü "Barsa" ötən illərdən çox fərqlidi.

Onlar hazırda klub tarixinin ən pis dönəmini yaşayırlar. Kataloniya təmsilçisinin Messi kimi futbolçusu olsa belə, “Mançester Siti” onları məğlub edə bilər”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm