Elnur Məmmədli Fərid Mansurova qalib gəldi - FOTOLAR
Bizi izləyin

İdman

Elnur Məmmədli Fərid Mansurova qalib gəldi - FOTOLAR

Elnur Məmmədli Fərid Mansurova qalib gəldi

Azərbaycan Qolf federasiyasının rəhbəri Anar Məmmədov sosial şəbəkədə qolf idman növünün inkişafına yönəldilən televiziya layihəsi barədə məlumat verib və məşhurlarla birgə şəkillərini paylaşıb.

A.Məmmədovun dəstəyi ilə qolf idmanının populyarlaşdırılmasına yönəlmiş yeni layihə - "Qolf aləmi” verilişi yayımlanacaq.

Verilişin ilk çəkilişində müğənni Ədalət Şükürov, Fidan Hacıyeva, şoumen Murad Dadaşov və deputat Ceyhun Osmanlı ilə yanaşı, idman aləmindən də simalar olub.

Belə ki, olimpiya çempionları - Fərid Mansurov və Elnur Məmmədli də çəkilişdə iştirak ediblər.

Elnur Məmmədli və Fərid Mansurov Azərbaycanda yeni sayılan bu idman növündə bacarıqların da sınayıblar.

Belə ki, Elnur Məmmədli və Fərid Mansurov ilk dəfə bir-biri ilə yarışıblar.

Maraqlıdır, idmançılarımız doğurdan da bu idman növünü bacarır, yoxsa ilk dəfə idi qolf meydanına qədəm basırdılar? Publika.Az bununla bağlı hər iki idmançının fikirlərini öyrənib.

Cüdo üzrə olimpiya Çempionu Elnur Məmmədli:

“Boş vaxtlarda qolf oynamağı sevirəm. Çünki bu zaman yorğunluğumu alıram.

Anar Məmmədova təşəkkür edirəm ki, qolfun inkişafı üçün belə şərait yaradıb. Etiraf edək ki, həmin akademiyada çox gözəl şərait var. Bu, bütün dünyada həm maraqla izlənilən, həm də məşhur olan bir idman növüdür. İnşallah, yay olimpiya oyunlarında bizim də qolfçularımız özlərini yaxşı göstərər”.

Daha sonra Elnur Məmmədli gülərək Fərid Mansurovla aralarında keçən yarışmanın qalibinin özü olduğunu bildirdi.

Yunan-Roma güləşi üzrə Olimpiya Çempionu Fərid Mansurov:

“Düzdür, aramızda baş tutan qolf yarışını Elnur qazandı (gülür). Amma qolf çox maraqlı idman növüdür. İnanıram ki, bu idman növü də ölkəmizdə inkişaf edəcək”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm