İspaniyanı Bakı 2015-də 1 kişi, 1 qadın samboçu təmsil edəcək
Bizi izləyin

İdman

İspaniyanı Bakı 2015-də 1 kişi, 1 qadın samboçu təmsil edəcək

Bakı 2015-də samboçular arasındakı yarışlarda İspaniyanı təmsil edəcək idmançılar məlum olub.

Publika.az xəbər verir ki, Luis Menendez və Yaiza Ximenez sambo üzrə İspaniya çempionu olublar. L.Menendez Madriddə keçirilmiş final görüşündə 74 kq çəki kateqoriyasında həmyerlisi Viktor Karavakanı məğlub edərək həm özünün İspaniya çempionu titulunu qoruya bilib, həm də Bakı 2015 I Avropa Oyunlarında iştirak etmək hüququ qazanıb.

Avropa Oyunlarında kişi samboçular arasındakı yarışlarda İspaniyanı L.Menendez təmsil edəcək. Bakıdakı oyunlarda kişilər arasında ən çox samboçu 74 kq çəki kateqoriyasında yarışacaq. Bu kateqoriya üzrə yarışlarda Bakı 2015-də Fransa, İrlandiya, İtaliya, Latviya, Polşa, Sloveniya və Türkiyədən bir samboçu iştirak edəcək.

Bakı 2015-də iştirak hüququ qazanan digər ispan qadın samboçu Yaiza Ximenez olub. O, Madriddə qadınlar arasında 60 kq çəkidə tam üstünlüklə çempion adına sahib olub. Y.Ximenez həm də keçən il Avropa çempionatında iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm