Tatarlar təkcə Alina Kabayevanın atasına toxunmadı
Bizi izləyin

İdman

Tatarlar təkcə Alina Kabayevanın atasına toxunmadı

Tatarlar təkcə Alina Kabayevanın atasına toxunmadı

Həmyerlimiz Ruslan Abışovun çıxış etdiyi “Rubin” klubunun rəhbərliyi yeni qərar verib.

Klub rəhbərliyi seleksiya şöbəsinin bütün işçilərini qovmaq qərarına gəlib. Publika.Az xəbər verir ki, bu gün həmin əməkdaşlara işdən azad olduqları barədə məlumat verilib.

İşsiz qalanlar arasında “Rubin”in keçmiş futbolçuları Andrey Fyodorov və Stepan Tomas, həmçinin tanınmış futbol agenti Yuriy Dzyuba da var.

Mənbənin məlumatına görə qovulmayan yalnız “Paxtakor” və “Dnepr” komandalarının keçmiş futbolçusu Marat Kabayev olub.

Qeyd edək ki, o, Alina Kabayevanın atasıdır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm