Ronaldo Messini ötdü və mətbuatı boykot etdi
Bizi izləyin

İdman

Ronaldo Messini ötdü və mətbuatı boykot etdi

“Real”ın hücumçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.

Publika.az xəbər verir ki, ötən gecə Çempionlar Liqasında “Şalke”yə qarşı oynadığı oyunda iki dəfə fərqlənən ulduz futbolçu qitə miqyaslı klub turnirlərində vurduğu qolların sayını 78-ə çatdırıb.

O, bu göstərici ilə də “Real”ın sabiq hücumçusu Raul Qonzalesi və “Barselona”ın argentinalı forvardı Lionel Messini geridə qoyub.

Qeyd edək ki, "Real" - "Şalke" oyununda qapılara yeddi qol vurulub – 3:4. Qazanılan qələbəyə baxmayaraq, iki oyunun nəticəsinə görə "Şalke" turnirlə vidalaşıb, “Real” növbəti mərhələyə adlayıb. Ronaldo isə bu oyunda dubl edib.

Oyundan sonra portuqaliyalı futbolçu mövsümün sonuna qədər mətbuatı boykot etdiyini və jurnalistlərə açıqlama verməyəcəyini bilidrib:

“Mövsümün sonuna qədər mətbuatla ünsiyyət qurmağı düşünmürəm”.

Ronaldo “Real”ın sərgilədiyi oyundan da narazı qalıb. Qarşılaşmanın son dəqiqələrində Benzemaya yaxınlaşan Kriştiano komandasının oyununu rüsvayçılıq adlandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm