“Fənərbağça” Çempionlar Liqasına hazırlaşır
Bizi izləyin

İdman

“Fənərbağça” Çempionlar Liqasına hazırlaşır

Növbəti mövsümdə Çempionlar Liqasında uğurlu çıxış edə biləcək heyətin planlarını indidən cızmağa başlayan "Fənərbaxça" növbəti transfer bombasını partlatmağı düşünür.

Publika.az xəbər verir ki, İstanbul təmsilçisi “Bavariya”nın braziliyalı futbolçusu Danteni heyətinə qatmaq niyyətindədir.

Almaniya çempionunun heyətində yetərincə oyun praktikası qazanmayan 31 yaşlı təcrübəli müdafiəçinin klubdan gedə biləcəyi güman edilir.

"Bavariya" ilə müqaviləsi davam edən Danteni digər nüfuzlu klublar, eyni zamanda sabiq komandası Münhenqladbax “Borussiya”sı da heyətinə cəlb etmək istəyir.

Dante cari mövsümdə 19 Bundesliqa oyununda iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm